"Latsio"nun sabiq futbolçusu "Neftçi"də - FOTO

"Latsio"nun sabiq futbolçusu "Neftçi"də - FOTO

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, "ağ-qaralar" hücumçu transfer edib.

Sport7.az-ın əldə etdiyi özəl məlumata görə, bu, Katalin Tiradı. 22 yaşlı forvarla 1 illik sözləşmə imzalanıb. Onun sonuncu klubun Rumıniya "Rapid"i olub. Katalin bundan başqa ölkəsində "Konkordia" və "Braşov" klublarında da forma geyinmək şansı qazanıb. Hollandiyada isə "Den Haaq" komandasının şərəfini qoruyub.

Qeyd edək ki, Rumıniyanın U-21 millisində 3 oyunda formasını geyinmiş Katalin Tira "Latsio"nun U-19 və "Udineze"nin əvəzedici komandasında da çıxış edib.

Katalin Tira Rumıniyada yetərincə tanınan simadı. Ancaq o, bu məşhurluğu futbolla qazanmayıb. Belə ki, "Neftçi"nin yeni transferi bir müddət Rumıniyanın tanınmış müğənnilərindən olan Anda Adamla sevgili olub. Ancaq bakılıların heyətinə yeni cəlb etdiyi futbolçunun sevgilisinə xəyanət etməsi, münasibətin bitməsi ilə nəticələnib.

"Latsio"nun sabiq futbolçusu "Neftçi"də - FOTO

"Latsio"nun sabiq futbolçusu "Neftçi"də - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər