"Kəpəz" "Neftçi" ilə oyundan imtina etdi - SƏBƏB

"Kəpəz" "Neftçi" ilə oyundan imtina etdi - SƏBƏB
"Kəpəz" fan-klubu "Neftçi" ilə oyundan imtina edib. Fanat.az xəbər verir ki, fan-klub bununla bağlı bəyanat yayıb.
"Kəpəz" Müstəqil fan-klubu olaraq bəyan edirik ki, 19 mart tarixində baş tutacaq "Neftçi" - "Kəpəz" qarşılaşmasında fan-klub üzvləri iştirak etməyəcək. Buna səbəb "Neftçi" ilə son səfər oyununda bəzi azarkeşlərin "Kəpəz" fanatlarına, həmçinin komandasına qarşı dözüm nümayiş etdirməməsidi. Buradan həmin azarkeşlərə tövsiyyə edirik ki, böyük azarkeş ordusu ilə digər idman növlərindən fərqlənən futbol meydanını döyüş və qalmaqal meydanına çevirməsinlər. Biz "Kəpəz"i "Neftçi"siz, "Neftçi"ni "Kəpəz"siz təsəvvür etmirik. Çünki hər iki komanda əzəli rəqiblərdi. Hansı komandanın qalib olmasından asılı olmayaraq hər zaman qazanan Azərbaycan futbolu olub. Azərbaycan futbolunun inkişafına sevinmək isə hər bir azarkeşin mənəvi borcudu. "Kəpəz"in qalib olması ümidi ilə hər iki komandaya uğurlar arzu edirik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər