"İşimizin çətin olacağı dəqiqdi"- "Qəbələ"yə rəqib olan ukraynalı

"İşimizin çətin olacağı dəqiqdi"- "Qəbələ"yə rəqib olan ukraynalı

“Qəbələ”nin heyətində ciddi dəyişikliklər olub. Məsələn, estoniyaı Sergey Zenyov da “Krakoviya”ya keçib". Fanat.Az xəbər verir ki, bu sözləri "Yagelloniya"nın yarımmüdafiəçisi Taras Romançuk deyib.

 

"Qəbələ"nin Avroliqanın 2-ci mərhələsindəki rəqibinin ukraynalı futbolçusu ölkəsinin mətbuatına müsahibə verib. O, Azərbaycan təmsilçisiylə keçiriləcək oyunlar haqda fikirlərini bölüşüb: 

 "Zenyovdan başqa da gedənlər də var. Amma həmyerlimiz Roman Qriqorçuk işinə davam edir. Açığı, onların düşərgəsində nələrin baş verdiyinə o qədər də fikir vermirik. Yaxşı hazırlıq keçmişik. Həm də Avroliqada artıq iki oyun keçirib, qələbə qazanmışıq.Təbii ki, bu fakt bizim lehimizədi. "Qəbələ" ardıcıl 2 dəfə AL-in qrupunda oynayıb. İşimizin əvvəlki mərhələylə müqayisədə daha çətinolacağı dəqiqdi. Təxminən eyni gücdə olan iki komanda qarşılaşacaq. Ağır döyüşə hazır olmalıyıq. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik”.

 

 

Fanat.Az 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər