"İndi siz mənə yaltaq deyərsiniz, deyin!" - Arda Turan

"İndi siz mənə yaltaq deyərsiniz, deyin!" - Arda Turan

"Barselona"da forma geyinən Arda Turan prezident Rəcəb Tayyib Ərdoğana sevgisini "Instagram" hesabından paylaşdığı açıqlama ilə göstərib. Fanat.az xəbər verir ki, türk futbolçu bu sözləri yazıb:

"İndi siz mənə yaltaq deyərsiniz, deyin! Həyatı boyu dövlətin heç bir qurumundan bir şey istəməmiş biri olaraq yazıram. Xəstələndik zəng etdin, üzüldük zəng etdin, sevindik zəng etdin, Allahın salamını göndərdik zəng etdin, dünyanın hər yerində sahib çıxdın. Sizinlə danışarkən "siz" belə demədik, abilik etdin hər şərtdə bizə... Sahib çıxdınız... Bu gün sizin üçün çətin gündüsə, bu gün yanındayıq əfəndim... Mən inanıram ki, bu ölkəyi yenidən birləşdirəcək insanları toparlayacaqsınız. Allah iki cahanda da sizi xoşbəxt etsin! Mənim vicdanımdakı vəa sevgiylə!!! Mənim baş komandanım sizsiniz! Hər şərtdə... Futbolçuyam, tərəfim var, fikrim var, azadam!!!"

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər