"Gəncləşən" "Neftçi" 33 yaşlı qapıçını niyə gətirib?

"Gəncləşən" "Neftçi" 33 yaşlı qapıçını niyə gətirib?

"Bildiyiniz kimi qapıçı mövqeyinə axtarışlarımız davam edirdi. Təlim-məşq toplanışı dövründə də bir neçə namizədə baxmışdıq. Amma onların səviyyəsi bizi qane etməmişdi". Fanat.az xəbər verir ki, bu sözləri “Neftçi”nin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko deyib.

"Neftçi" dünən 33 yaşlı Mixal Peskoviçlə 6 aylıq müqavilə imzalayıb. Kramarenko bunun səbəbini belə izah edib: "Mixal Peskoviç təcrübəli qapıçıdı. 33 yaş qapıçı üçün normal yaş həddidi. Fikrimcə o komandaya kömək edə bilər. Aqil Məmmədov da getdikcə daha yaxşı forma yığır. Maksim Vayloya ümidlərimiz böyükdü. Sadəcə olaraq Maksim gəncdi və onu ağır oyunlara birdən-birə buraxıb yükləmək düzgün olmaz. İki təcrübəli qapıçının əhatəsində məşq etmək Maksimə da faydalı olacaq. İstəyirik ki, qapıçılar arasında daha güclü rəqabət olsun. Çempionat uzun marafondu. Futbolda cəzalar və zədələr qaçılmazdı. Bu baxımdan heyətdə 3 qapıçının olması xeyrimizədi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər