PSJ-nin "Çelsi"nin ulduzu Eden Hazarda elçi düşməsi barədə məlumat vermişdik. Avropa mətbuatının bununla bağlı yaydığı xəbərlərdə Paris klubunun bu transfer üçün londonlulara 60 milyon avro təklif etdiyi bildirilirdi.
Fanat.az xəbər verir ki, ötən gün Hazardla bağlı yeni xəbər yayılıb. İddiaya görə, ulduz futbolçu komanda yoldaşlarına "Gələn mövsüm PSJ-də olacam" deyib.
Fanat.az