"Enfild"də gərgin gecə: "Qarabağ" uduzsa da, istəyinə çatdı

"Enfild"də gərgin gecə: "Qarabağ" uduzsa da, istəyinə çatdı

Azərbaycanı UEFA Çempionlar Liqasında uğurla təmsil edən “Qarabağ” bu gün yarışın əsas mərhələsində son oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, ölkə çempionu 8-ci tur çərçivəsində İngiltərədə “Liverpul”un qonağı olub.

Əfsanəfi “Enfild” stadionunda baş tutan görüş "Liverpul"un böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticəyə baxmayaraq təmsilçimiz liqanı 22-ci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlib.

Matçın baş hakimi slovakiyalı FIFA referisi İvan Krujlyak idi. 

UEFA Çempionlar Liqası Əsas mərhələ, VIII tur 28 yanvar

00:00. “Liverpul” - “Qarabağ” 6:0

Qol: A.Makkalister, 15,61. F. Virts, 21. M.Salah. H.Ekitike, 57. F.Kyeza, 90. Hakimlər: İvan Krujlyak, Branislav Hançko, Yan Pozor, Peter Kraloviç (hamısı Slovakiya). VAR: Pol van Boekel (Niderland), Yan Boterberq (Belçika) Liverpul. “Enfild” stadionu.

“Liverpul”: Alisson, Ceremi Frimponq, Rayan Qravenberx, Vircil van Deyk (k), Endi Robertson, Florian Virts, Aleksis Makkalister, Dominik Soboslai, Məhəmməd Salah, Yuqo Ekitike, Kodi Qakpo

Ehtiyat heyət: Mamardaşvili, Vudmen, Endo, Kerkez, Kyeza, Nayoni, Nallo, Morrison, Nqumoha

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Coni Montiel, Abdullah Zubir (k), Kamilo Duran

Ehtiyat heyət: Amin Ramazanov, Fabian Buntiç, Samuel Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Aleksey Kaşuk, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Bədavi Hüseynov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər