İngiltərənin "Çelsi" və "Mançester Siti" klubları eyni futbolçuya "elçi düşüb". Fanat.az xəbər verir ki, London və Mançester təmsilçiləri Edinson Kavanini transfer etmək istəyir.
Artıq hər iki tərəf təklifini PSJ-yə çatdırıb. İngiltərə klubları Paris təmsilçisinə 40 milyon avro təklif edir.
Qeyd edək ki, karyerası ərzində Uruqvayın "Danubio", İtaliyanın "Palermo" və "Napoli" klublarında top qovmuş Kavani 2013-cü ildə 64,5 milyon avroya PSJ-yə transfer olunmuşdu.
Fanat.az