"Yuventus"un müdafiəçisi Aleks Sandro uğrunda 3 klub mübarizəyə başlayıb. Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, PSJ, "Çelsi" və "Mançester Siti" Sandronun xidmətində maraqlıdı.
PSJ arxa xətt oyunçusunun keçidi qarşılığında yarımmüdafiəçi Blez Matyuidini də turinlilərə verməyə hazırdı.
26 yaşlı Sandro son mövsümdə 43 dəfə "Yuventus"un formasını geyinib. Bu oyunlarda 3 qol vuran müdafiəçi 7 qol ötürməsiylə də yadda qalıb.
Fanat.Az