Türkiyə yığmasının kapitanı, eyni zamanda, "Barselona"nın futbolçusu Arda Turan Xorvatiya ilə oyundan sonra maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, 1:0 hesablı qələbədən sonra futbolçu yerli mediaya bunları söyləyib:
"Nə olur olsun, bu ölkənin övladlarıyıq. Gedəcək başqa yerimiz yoxdu. Bu ölkə üçün canımız fəda. Dostlarımı və baş məşqçimizi də təbrik edirəm. İnşallah sona qədər gedərik.
Əlimizdən gələni etməyə çalışırıq. Bizlər də insanıq. Duyğusallıq özü ilə bərabər gərginliyə də yol açır. İslandiya və Finlandiyanı məğlub edə bilərik? Edə bilərik. Bu gün ayrı bir motivasiya oldu. Əskişəhər tərəfdarlarının böyük təsiri vardı. Nuri də uzun müddətdi bu komandaya kömək etmək istəyirdi. İnsanlar bilsin, bizim heç bir çıxarımız yoxdu. İnşallah bundan sonra hər şey yaxşı olar. Sevgi hər şeyi çözər, inanıram ki, belə olacaq".
Fanat.Az