"Barselona"nın sabiq müdafiəçisi və kapitanı Serxi Roberto karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Football Espana"ya istinadən xəbər verir ki, onu sözügedən ölkənin iki elita təmsilçisi - "Aton Villa" və "Vest Hem" istəyir.
Daha öncə onunla üç İspaniya klubunun maraqlandığı barədə məlumatlar dərc edilmişdi. Bunlar "Sevilya", "Valensiya" və "Jirona"dır.
Xatırladaq ki, Roberto ötən mövsüm "Barselona"da 24 matça çıxaraq 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ktaloniya təmsilçisi ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatan oyunçu ilə yeni anlaşma imzalanmayıb.
Nihat