"Barselona"nın borcları Arda Turanı yandırdı

"Barselona"nın borcları Arda Turanı yandırdı

"Barselona" 130 milyon avro borcu səbəbindən mövsümün sonunda bəzi futbolçularını satmağı planlaşdırır. Fanat.Az xəbər verir ki, satılacaq futbolçuların siyahısına Arda Turan başçılıq edir.

Bu barədə yekun qərarı yeni baş məşqçi verəcək. Belə ki, Luis Enrike mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayıb. Yeni baş məşqçi işə başlayandan sonra hansı futbolçuların satılıb-satılmayacağı barədə qərarını verəcək.

"Barselona" Arda Turanı "Atletiko"dan 34 milyon avroya almışdı. Türk futbolçunun adı son günlər Çin klubları ilə yanaşı çəkilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər