"Barselona"nın Arda Turanla bağlı qərarı - RƏSMİ

"Barselona"nın Arda Turanla bağlı qərarı - RƏSMİ
"Barselona" Arda Turanın klubdakı gələcək taleyinə aydınlıq gətirib. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli futbolçu növbəti mövsüm də "Barselona"da oynayacaq.
Bu barədə danışan klubun texniki direktoru Robert Fernandez Ardadan yeni mövsümdə komandanın aparıcı üzvünə çevrilməsini gözlədiklərini bildirib: 
"Ardadan çox şey gözləyirik. Ümid edirəm ki, o, gələn mövsüm komandanın əsas üzvlərindən birinə çevriləcək. Arda ötən mövsümün ilk dövrəsində oynamasa da, qış fasiləsindən sonra komandaya uyğunlaşmaqda problem yaşamadı. Bu səbəbdən ona inamımız tamdır".
Qeyd edək ki, "Atletiko"dan "Barselona"ya transfer olunan Ardanın Kataloniya təmsilçisi ilə müqaviləsi 2020-ci ildə başa çatacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər