Xəbər verdiyimiz kimi, ABŞ-da keçirilən Beynəlxalq Çempionlar Liqasında "Real"ı 3:2 hesabı ilə yenən "Barselona" yarışın qalibi olub.
Fanat.Az xəbər verir ki, oyundan sonra kubokun təqdimat mərasimi keçirilib. Bu zaman Arda Turanın vəziyyəti diqqətdən yaynımayıb. Belə ki, türk futbolçu komanda yoldaşları ilə kubok sevincinə qatılmayaraq onları arxadan izləyib. Ardanın hansı səbəbdən kənarda qaldığı bilinmir.

Qeyd edək ki, Arda matçın iştirakçısı olub. O, 73-cü dəqiqədə Neymarın əvəzinə meydana çıxıb.
Türk futbolçunun "Barselona"dan ayrılacağı gözlənilir. Klubun avqustun 31-dək onu istədiyi qiymətə sata bilməyəcəyi halda icarəyə verəcəyi deyilir.
Fanat.Az