"Liverpul"un futbolçusu Filip Koutinyoya təkliflər var. Fanat.Az xəbər verir ki, braziliyalı ulduzu "Barselona" və PSJ transfer etmək istəyir.
"Daily Mirror"un xəbərinə görə, "Liverpul" artıq 25 yaşlı futbolçusuna qiymət qoyub. "Qırmızılar" "Barselona" və PSJ-dən 100 milyon avro istəyib.
Qeyd edək ki, "Liverpul" Filip Koutinyonu 2013-cü ildə "İnter"dən 13 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 45 milyon avro qiymət qoyub.
Fanat.Az