"Barselona" qərarını verdi: Arda Turanın aqibəti necə olacaq?

"Barselona" qərarını verdi: Arda Turanın aqibəti necə olacaq?

"Barselona"nın qış transfer siyasəti indidən müəyyənləşib. Fanat.Az xəbər verir ki, bu barədə İspaniya məşhur "Marca" qəzeti məlumat yayıb.

"Barselona" yay transfer dönəmində "Nitsa"nın yarımmüdafiəçisi Jean Maykl Serini heyətinə qatmaq istəmiş, amma transferi reallaşdıra bilməmişdi. Məlumata görə, kataloniyalılar Kot-D`İvuar yığmasının üzvündən vaz keçməyib və qışda onu heyətinə qatmağa çalışacaq. "Nitsa"nın 2015-ci ildə 1 milyon avroya aldığı futbolçuya "Transfermarkt" 14 milyon avro qiymət qoyub. Fransa klubu onun üçün 40 milyon avro tələb edir. Ötən mövsüm "Nitsa"nın heyətində 39 oyuna çıxıb 7 qol vuran və 8 məhsuldar ötürmə verən 26 yaşlı futbolçunun müqaviləsi 2019-cu ildə bitəcək.

"Barselona" qərarını verdi: Arda Turanın aqibəti necə olacaq?

"Barselona" Arda Turanla bağlı da qərarını verib. Kataloniya klubu yayda da türk futbolçunu satmaq istəyirdi. Amma tələb olunan transfnr haqqını heç bir klub vermədi. Baş məşqçi Ernesto Valverdenin oynatmadığı futbolçu qış fasiləsində ya satılacaq, ya da icarəyə veriləcək.

Arda Turanla bağlı ən böyük ehtimal onun "Liverpul"a göndərilməsidi. İddiaya görə, "Barselona" İngiltərə klubundan almaq istədiyi Filip Koutinyonun transferində türk futbolçudan yararlanmaq istəyir. 

"Barselona" qərarını verdi: Arda Turanın aqibəti necə olacaq?

"Barselona" qışda nəyin başasına olursa-olsun, Filip Koutinyonu heyətinə qatacaq. Yayda Kataloniya klubu braziliyalı üçün 160 milyon avro təklif etmişdi. Amma "Liverpul"un 200 milyon avro tələbi transferi əngəlləmişdi.

"Barselona" qərarını verdi: Arda Turanın aqibəti necə olacaq?

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər