"Barselona" Arda Turanla bağlı qərarını açıqladı

"Barselona" Arda Turanla bağlı qərarını açıqladı
"Barselona"nın prezidenti Yosep Maria Bartomeu performansı müzakirə mövzusuna çevirilən Arda Turanla bağlı açıqlama verib. Fanat.az xəbər verir ki, klub rəhbəri türk futbolçunu komandada saxlaüacaqlarını bildirib:
"Texniki heyət Arda Turanı komandada saxlamaq istəyir. Biz ona və Vidala 6 ay oynamamaq səbrini göstərdikləri üçün təşəkkür edirik. Arda Turanın performansına 10 ballıq sistemlə 9 verərəm. Nəticədə bir mövsümdə 4 kubok qazanmışıq və pis nəticə deyil".
Qeyd edək ki, "Barselona" Arda Turanı ötən yay "Atletiko"dan 34 milyon avroya transfer edib. FIFA-nın transfer qadağası üzündən yanvara qədər oynaya bilməyən türk futbolçu Kataloniya klubunun heyətində 25 oyuna çıxıb və 2 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər