"Baltsan" - "Neftçi" oyunu canlı yayımda

"Baltsan" - "Neftçi" oyunu canlı yayımda

Avropa Liqasının I təsnifat mərhələsinin "Baltsan" - "Neftçi" oyunu Azərbaycanda canlı göstəriləcək. Fanat.az xəbər verir ki, Maltada Bakı vaxtı ilə saat 20.00-da başlayacaq görüş "CBC International" telekanalı vasitəsilə canlı yayımlanacaq. 

Belə ki, Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimindən dərhal sonra “Baltsan” - “Neftçi” matçının Azərbaycanda canlı yayımlanması istiqamətində 2 klub arasında danışıqlara başlanılmışdı. Dünənə qədər Malta tərəfi “Baltsan” - “Neftçi” matçının, ümumiyyətlə, televiziya vasitəsilə yayımlanmayacağını bildirirdi. 

Dünən axşam saatlarında isə “Baltsan” klubu tərəfindən matçın yerli TVM-2 telekanalında yayımlanacağı bildirildi. Bundan dərhal sonra “Neftçi” adıçəkilən telekanalla danışıqlara başladı. Dünəndən davam edən danışıqlar bir neçə saat bundan əvvəl müsbət nəticələndi və “Neftçi” TVM-2 telekanalı ilə müqavilə imzalayaraq matçın Azərbaycanda yayımlanmasının maliyyə tərəflərini öz üzərinə götürdü. 

Onu da bildirək ki, bu telekanal peyk antenasında göstərir. Lakin telekanala internet vasitəsilə də baxmaq mümkündür (http://cbc.az/az/live).

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək və saat 21.00-da başlayacaq "Qəbələ" - "Samtredia" (Gürcüstan) oyunu isə "CBC Sport" telekanalı vasitəsilə yayımlanacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər