"Arsenal" - "Napoli" matçının baş hakimi millimizin oyununda

"Arsenal" - "Napoli" matçının baş hakimi millimizin oyununda
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Rusiya matçını idarə edəcək hakimlər müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA qarşılaşmanı serb ədalət təmsilçilərinə tapşırıb.
Matçın baş hakimi Milorad Majiç olacaq. Ona Milovan Ristiç və Dalibor Curceviç yardım edəcək. Dördüncü hakimi funksiyasını isə Boşko Yovanetiç yerinə yetirəcək.
Qeyd edək ki, Milorad Majiç 1973-cü ilin 23 martında anadan olub və 2009-cu ildən FİFA referisi adını daşıyır. Majiç karyerası ərzində bir çox beynəlxalq oyunlara təyinat alıb. Beynəlxalq arenada son olaraq Almaniya - Avstriya matçını idarə edən (06.09.2013) referi Çempionlar Liqasının bu gün keçiriləcək "Arsenal" -"Napoli" matçında ədaləti qoruyacaq.
Majiç 2010-cu ilin 21 iyulunda Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində baş tutan "Lex" - "İnter" matçını da idarə edib. Həmin görüşdə təmsmlçimiz 1:0 hesablı qələbə qazansa da, penaltilərdə uduzaraq, mübarizəni dayandırmışdı.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər