"Araz-Naxçıvan"ın "Benfika" ilə oyun üçün hazırlıq planı bilindi

"Araz-Naxçıvan"ın "Benfika" ilə oyun üçün hazırlıq planı bilindi

"Araz-Naxçıvan" bu gündən Çempionlar Liqasının 1/8 final mərhələsinin hazırlığına start verir. 

Fanat.Az-ın məlumatına görə, Azərbaycan çempionu Portuqaliya "Benfika"sı ilə oyun üçün toplanışa başlayır. 

Təmsilçimiz çalışmalarını gündə bir dəfə olmaqla 2 saat sürdürəcək. Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv Bakı İdman Sarayında hazırlıq keçəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" ilə "Benfika" arasında 1/8 finalın ilk görüşü noyabrın 24-də Bakıda, Bakı İdman Sarayında baş tutacaq. Komandalar arasında cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək. Təmsilçimiz 1/4 finala vəsiqə qazanacağı təqdirdə isə AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.   Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər