"Anderlext"lə oyundan öncə "Qəbələ"də şok

"Anderlext"lə oyundan öncə "Qəbələ"də şok

"Qəbələ" Avropa Liqasının "Anderlext"lə oyununa ciddi itki ilə çıxacaq. Fanat.Az xəbər verir ki, Sergey Zenyov belçikalılarla oyunda komandasına kömək edə bilməyəcək.

Sonuncu dəfə "Sent-Etyen"lə noyabrın 3-də keçrilən Avroliqa oyununda meydana çıxan və 61-ci dəqiqədə əvəzlənən estoniyalı futbolçu Estoniyanın Belçika ilə matçından əvvəl zədə səbəbindən heyətdən kənarlaşdırılmışdı. 27 yaşlı hücumçu hazırda məşqlərə qatılmır və "Anderlext"ə qarşı oynamayacağı dəqiqdi.

Qeyd edək ki, noyabrın 24-də keçiriləcək "Qəbələ" - "Anderlext" matçı saat 20:00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər