"Futbolda qazanmaq da, məğlub olmaq da var. Amma insanların ailələri daha önəmlidi". Fanat.az xəbər verir ki, bu sözləri ötən gün Çexiya ilə qarşılaşmada qələbə qazanan Türkiyə millisinin kapitanı Arda Turan oyundan sonra deyib.
Arda Turan xoşbəxt olduqlarını, heç kimdən incimədiklərini də bildirib: "İnşallah, son 16-ya qalarıq".
O, futbola görə kefinin heç pozulmadığını da qeyd edib: "Bu ölkədə 90 matç oynamışam. 5 pis oyunumu göstərənə bütün sərvətimi verə bilərəm. İnsanları anlamaq bəzən çox çətindi. Mənim üçün problem yoxdu, amma anam ağlamasaydı daha yaxşı olardı. Bunu bağışlamayacağam".
Türk futbolçu komandasının gücündən də danışıb. O, Türkiyə millisinin dünyanın bütün komandalarını məğlub etmək gücündə olduğunu deyib. Arda Turan pis oyundan sonra tənqidləri qəbul etməyə hazır olduqlarını desə də, pulgir olmaları iddialarının qəbuledilməz olduğunu vurğulayıb: "İnsanlar idmanla məşğul olur. Ailələrinə söz deməyə heç kimin haqqı yoxdu. Ölkəmiz, formamız, qürurumuz üçün mübarizə aparırıq. Bizə yaraşanı etdik. Anamı kifayət qədər çox ağlatdılar. Bunun hesabını hər kəs tək-tək verəcək".
Fanat.az