"3 xalı biz "Neftçi"yə hədiyyə etdik" - Şahin Diniyev

"3 xalı biz "Neftçi"yə hədiyyə etdik" - Şahin Diniyev
“Mənə elə gəlir ki, bu gün üç xalı biz rəqibə hədiyyət etdik". Fanat.az xəbər verir ki, bü sözləri "Neftçi" ilə oyundan sonra "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.
Baş məşqçi zədəli futbolçularının meydana iynə ilə çıxdığını bildirib: "Birinci hissə meydandakı “Kəpəz” fasilədən sonra başqa komanda idi. Səbəb axtarmıram, çox şey tapmaq olar. İkinci yarıda komanda dayandı. Juninyonun meydandan çıxması da oyunumuza təsir etdi. Bir neçə futbolçumuz zədəli olduğundan meydana iynəli çıxmışdı. Ona görə tempi saxlamaq çətin idi. Tez qol buraxdıq, irəli atılıb hesabı dəyişməyə çalışdıq, amma alınmadı. İrəli baxmaq lazımdı, qarşıdakı iki oyunu uğurla baş vurmalıyıq. Bizi Avropa Liqasında mübarizə gözləyir. Güclənib bu yarışa ciddi hazırlaşmalıyıq. Artıq harada çatışmazlığın olduğunu bilirik. Bunun üzərində işləməliyik. Üzülmək, başıaşağı durmaq üçün səbəb yoxdur. Futboldu, uda da bilərsən, uduza da. Gəlin unutmayaq ki, bu heyət “Kəpəz”i Avroliqaya çıxarıb”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər