"Qısa müddətdə toparlana bildik" - Ayxan Abbasov

"Qısa müddətdə toparlana bildik" - Ayxan Abbasov

Azərbaycan kubokunun 1/4 fiinalının ilk matçında "Turan Tovuz" "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib: 

"Maraqlı oyun alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. Birinci hissəyə yaxşı başlasaq da qol buraxdıq. Lakin qısa müddətdə toparlana bildik.

Zədələrə görə planlarımızı dəyişməli olduq. İkinci hissədə  nəzarəti əlimizə aldıq, fürsətlərdən istifadə etdik. Artıq "Neftçi" ilə oyuna hazırlaşacağıq. Daha sonra isə cavab oyununa hazırlaşıb, turu keçməyə çalışacağıq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər