"Qəbələ"nin zədəli futbolçusundan xəbər var

"Qəbələ"nin zədəli futbolçusundan xəbər var
Topaz Premyer Liqasının XI turunun noyabrın 4-də keçirilən "Səbail”lə oyunundan (3:1) sonra futbolçularına üçgünlük istirahət verən "Qəbələ” hazırlıqlara başlayıb. 
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” bu gün Bakıda bir araya gələrək məşq prosesinə start verib. 
Hazırlıqlarını paytaxtda gerçəkləşdirən komanda üzvləri öncə fiziki hazırlıq keçib, ardınca toplu çalışmalar yerinə yetirib. Hazırlıq prosesində zədəli Rasim Ramaldanovla Stiven Monroz iştirak etməyib. 
Bir müddət hazırlıqlardan kənar qalan Filip Ozobiç də məşqlərə start verib. O, fərdi hazırlıqla kifayətlənib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər