“Qəbələ”nin yeni transferi Endi Hallidey açıqlama verib. Fanat.Az xəbər verir ki, "Reyncers"dən icarəyə götürülən şotland yarımmüdafiəçisi vətənində veridiyi açıqlamada bunları deyib:
“Qəbələ”yə keçidimin “Reyncers” karyeramın sonu olmadığına ümid edirəm. "İnanıram ki, Azərbaycanda hər şey alınsa, bu baş məşqçidə müsbət təəssürat yaradacaq və növbəti mövsüm üçün onun planlarına daxil olacam. Asanlıqla təslim olmayacam. Etiraf edirəm ki, ötən mövsümün 2017-ci ilə aid olan hissəsində yaxşı formada deyildim. Amma formamı bərpa etmək gücündə olduğumu bilirəm. Əgər hər şey məndən asılıdısa, deməli “Reyncers” karyeram bitməyib”.
Fanat.Az