“Qəbələ”nin üzvü yeni müqaviləyə imza atdı

“Qəbələ”nin üzvü yeni müqaviləyə imza atdı
Azərbaycanın və "Qəbələ” İdman Klubunun MMA döyüşlərindəki təmsilçisi Nəriman Abbasov yeni müqaviləyə imza atıb. 
Fanat.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, idmançı "Fight Night”la anlaşma imzalayıb. 
Müqaviləyə əsasən, yüngül çəkidə mübarizə aparan 23 yaşlı təmsilçimiz təşkilatın keçirdiyi 6 döyüşdə qüvvəsini sınayacaq.
Peşəkar karyerasına 2013-cü ildə başlayan Abbasov indiyədək 20 döyüş keçirib. 17 qələbə qazanıb, 3 dəfə uduzan döyüşçü 6 rəqibinə nokautla qalib gəlib. 2016-cı ilin fevralında "Fight Night” çərçivəsində debüt edən Nəriman burada keçirdiyi 5 qarşılaşmadan dördündə qələbə qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər