"Qəbələ"nin üzvü çempion oldu

"Qəbələ"nin üzvü çempion oldu
24-26 noyabr aralığında Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 18-ci respublika birinciliyi, böyüklər arasında isə 25-ci respublika çempionatı keçirilib.
 
Fanat.Az xəbər verir ki, yarışda "Qəbələ” İdman Klubunun karateçiləri də qüvvəsini sınayıb.
 
Çempionat Rafiz Həsənov üçün uğurlu alınıb. 67 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışın son günündə böyüklərin mübarizəsinə qoşulub.
 
Öz çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn Rafiz Azərbaycan çempionu adını qazanıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər