“Qəbələ”nin Türkiyədə qarşılaşacağı rəqiblər bilindi

“Qəbələ”nin Türkiyədə qarşılaşacağı rəqiblər bilindi

Qış fasiləsinə 2-ci pillədə yollanan “Qəbələ” hazırlığı Antalyada keçəcək. Komandanın meneceri Sebuhi Səfiyarlının Fanat.az-a verdiyi məlumata görə “qırmızı-qaralar” “Qloriya” otelində məskunlaşacaq.

Yanvarın 9-dan 25-dək 5 yoxlama oyunu keçirməyi hədəfləyən qəbələlilərin 2 rəqibinin adına da aydınlıq gəlib. Belə ki, yanvarın 18-də Rumıniyanın “Qaz Metan” klubuyla gücünü sınayacaq “Qəbələ” bir həftə sonra Makedoniya “Şkendiya”sıyla oynayacaq. Qalan rəqiblərin kimliyi yaxın günlərdə bilinəcək.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər