"Qəbələ"nin taleyi britaniyalılara tapşırıldı

"Qəbələ"nin taleyi britaniyalılara tapşırıldı
Avropa Liqasında Azərbaycanı təmsil edən "Qəbələ”nin "Proqres”lə Lüksemburqdakı cavab oyununu idarə edəcək hakimlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA görüşü şimali irlandiyalı hakimlərə tapşırıb.
Matçı Keyt Kennedi idarə edəcək. Ona Stefan Donaldson və Kristian Frensis Hanna yardım edəcək. Dördüncü hakim funksiyasını Evan Boys yerinə yetirəcək.
Serbiyalı Milan Karaciç matçın hakim-inspektoru, estoniyalı Oleq Xarlamov UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 21.30-da başlanacaq qarşılaşma Differdanj şəhərindəki Munisipial stadionunda oynanılacaq. İlk görüşdə "Proqres" 2:0 hesablı qələbə qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər