“Qəbələ”nin səfər planı müəyyənləşib

“Qəbələ”nin səfər planı müəyyənləşib

Avropa Liqasının  qrup mərhələsinin VI turu çərçivəsində "Maynts"ın qonağı olacaq "Qəbələ"nin səfər planı müəyyənləşib. 

Əyalət təmsilçisinin mətbuat katibi Anar Hacıyevin Fanat.Az saytına verdiyi məlumata görə, "qırmızı qaralar" dekabrın 7-də Almaniyaya yollanacaq. Uçuş saatı isə 10:30-dur.

Almaniyada oyun öncəsi son məşqini keçirəcək "Qəbələ" "Hyatt" otelində məskunlaşacaq.

 

Qeyd edək ki, dekabrın 8-də keçiriləcək "Maynts" - "Qəbələ" matçı saat  22:00-da başlayacaq.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər