Avroliqanın ilk turunda "Qəbələ” ilə üz-üzə gələcək "Proqres” növbəti transferini həyata keçirib.
Fanat.Az-ın məlumatına görə, Lüksemburq təmsilçisi yay fasiləsində 6-cı oyunçunu heyətinə qatıb.
Bu, Jordan Qabrondu. 26 yaşlı cinah müdafiəçisinin son klubu Fransa Liqa 2 təmsilçisi "Quevile Rouen” olub.
Qeyd edək ki, "Proqres” bundan əvvəl "Differdanj”dan Yannik Bastos və Farid İkene, "Liers”dən Tim Holl, "Junnes”dən Marvin Martins və "Rasinq”dən İqor Telesi rənglərinə bağlamışdı.
Fanat.Az