“Qəbələ”nin oyunçusu Xorvatiya millisində qol vurdu - VİDEO

“Qəbələ”nin oyunçusu Xorvatiya millisində qol vurdu - VİDEO

Futbol üzrə “China Cup 2017” turnirində 3-cü yer uğrunda oyun keçirilib.

 

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiçin də formasını geydiyi Xorvatiya millisi Çinlə üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatdığından qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Penaltilər seriyasında daha dəqiq oynayan çinlilər 4:3 hesabı ilə qalib gələrək 3-cü olub.

 

Çili ilə yarımfinal matçında debüt edən Ozobiç bu dəfə 90+1 ci dəqiqədə meydana çıxıb və penaltilər seriyasında komandasının ikinci qolunu vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər