"Qəbələ"nin legioneri oynadı, Aqolli baxdı, komandaları uduzdu

"Qəbələ"nin legioneri oynadı, Aqolli baxdı, komandaları uduzdu
UEFA Millətlər Liqasında II turun növbəti oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, əyalət təmsilçisinin futbolçusu Sabien Lilayın şərəfini qoruduğu Albaniya millisi də növbəti sınağına çıxıb. C liqasının 1-ci qrupunda yer alan albaniyalılar Şotlandiyanın qonağı olub. 
Qlazqonun "Hampden Park” stadionunda keçirilən matça start heyətində çıxan Lilay 90 dəqiqə meydanda olub. Lakin onun komandası səfərdən xalsız dönüb. İkinci hissədə vurulan 2 cavabsız qol britaniyalılara qələbə qazandırıb.
Albaniya millisinin ölkəmizdə oynayan digər üzvü, "Qarabağ"ın futbolçusu Ansi Aqolli isə ehtiyatda qalıb.
Xatırladaq ki, bu oyun Sabienin millidə 17-ci matçı olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər