"Qəbələ"nin iki legioneri milliyə dəvət aldı

"Qəbələ"nin iki legioneri milliyə dəvət aldı
"Qəbələ"nin iki legioneri ölkələrinin milli komandalarına dəvət alıb.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçilər Sabien Lilay və Lalavele Atakora müvafiq olaraq Albaniya və Toqo komandalarının heyətinə daxil edilib. 
 
Sabien Lilayın şərəfini qoruduğu Albaniya millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də evdə İsraillə, sentyabrın 10-u isə səfərdə Şotlandiya ilə qarşılaşacaq. 
 
Lalavele Atakoranın milli komandası isə Afrika Millətlər Kuboku seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Beninlə qüvvəsini sınayacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər