“Qəbələ”nin idmançısı Los Ancelesdə döyüşəcək

“Qəbələ”nin idmançısı Los Ancelesdə döyüşəcək
Azərbaycanın və "Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək. Fanat.Az xəbər verir ki, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu olan idmançımız noyabrın 11-də nüfuzlu ACB KB-12 turniri çərçivəsində qüvvəsini sınayacaq.
 
Əməkdar idman ustası ABŞ-ın Los Anceles şəhərində baş tutacaq yarışın əsas döyüşlərindən birində qələbə uğrunda mübarizə aparacaq. 77 kq çəki dərəcəsində çıxış edəcək Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşəcək.
 
ACB KB-12-yə Bakı vaxtı ilə səhər saat 6:00-da start veriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər