“Qəbələ”nin Avroliqadakı ilk oyununu idarə edəcək hakimlər

“Qəbələ”nin Avroliqadakı ilk oyununu idarə edəcək hakimlər

"Qəbələ"nin Avropa Liqaının II təsnifat mərhələsində keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb. Fanat.Az xəbər verir ki, təmslçimizin “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə keçirəcəyi matç alman ədalət təmsilçilərinə tapşırılıb.

Qarşılaşmanın baş hakimi FIFA referisi Marko Frits olacaq. Ona Holger Henşel və Marsel Pelqrim yardım edəcək. Dördüncü hakim funksiyasını Qvido Uinkmann yerinə yetirəcək.

Qeyd edək ki, "Dinamo" I təsnifat mərhələsinin ilk oyununda doğma meydanda “Yagelloniya”nı 1:0 hesabı yenib. Cütün qalibi ilə "Qəbələ" arasındakı ilk matç iyulun 13-də ölkəmizdə baş tutacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər