“Qəbələ”də ikitərəfli oyun

“Qəbələ”də ikitərəfli oyun
2017/18 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan "Qəbələ” təlim-məşq toplanışını davam etdirir. 
Fanat.Az klubun saytına istinadən xəbər verir verir ki, Antalya şəhərində hazırlıq keçən "qırmızı-qaralar” qonşu ölkədəki 4-cü günü iki məşqlə tamamlayıb.
Komanda üzvləri günün ilk yarısında fitnes zalında çalışıb. Futbolçular fiziki hazırlıq təmrinlərini icra ediblər. Meydanda baş tutan ikinci məşq toplu çalışmalardan ibarət olub. Zədədən sonra kollektivə qoşulan Dion Malonenin fərdi məşqlə kifayətləndiyi hazırlıq ikitərəfli oyunla yekunlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər