Qəbələdə başlayacaq, Zirədə bitəcək

Qəbələdə başlayacaq, Zirədə bitəcək
Topaz Premyer Liqasında XI turun oyun cədvəli məlum olub. Fanat.Az xəbər verir ki, 2 günü əhatə edəcək 4 oyundan 3-ü bölgədə baş tutacaq.
 
İlk gündə paytaxt komandaları səfər matçına çıxacaqlar. Debütant "Səbail” "Qəbələ”nin qonağı olacaqsa, "Keşlə” yeni baş məşqçi Ramiz Məmmədovun rəhbərliyi altında ilk sınağını Sumqayıtda verəcək.
 
Noyabrın 5-də "Qarabağ” "Kəpəz”lə Gəncədə üz-üzə gələcək. Turun mərkəzi qarşılaşmasında isə "Zirə” ilə "Neftçi” münasibətlərinə aydınlıq gətirəcəklər.
 
Premyer Liqa
XI tur
4 noyabr
16:00. "Qəbələ” – "Səbail”
Qəbələ şəhər stadionu
18:00. "Sumqayıt”  - "Keşlə”
Sumqayıt şəhər stadionu
5 noyabr
15:00. "Kəpəz” – "Qarabağ”
Gəncə şəhər stadionu
17:00. "Zirə” – "Neftçi”
Zirə İdman Kompleksinin stadionu
 
Qeyd edək ki, turun bütün görüşləri "CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər