"Qəbələ"də 5 müqavilə

"Qəbələ"də 5 müqavilə
"Qəbələ" daha 5 futbolçusu ilə müqavilə müddətini uzadıb. 
Klubdan verilən məlumata görə, əyalət təmsilçisi Cavid Hüseynov, Asif Məmmədov, Ürfan Abbasov, Rasim Ramaldanov və Aqil Məmmədovla yeni müqavilə imzalayıb. Futbolçuların hər biri 2018/2019 mövsümündə də "qırmızı qaralar"ın şərəfini qoruyacaq. 
Hazırda Baqali Dabonun da yeni sözləşməyə imza atması üçün danışıqlar aparılır. Fransalı hücumçu təklif üzərində düşünmək üçün vaxt istəyib. 
Qeyd edək ki, "Qəbələ" daha öncə Dmitri Bezotosnı ilə də müqaviləni uzadıb. ("Report")
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər