“Qəbələ” yoxlama oyununda uduzdu

“Qəbələ” yoxlama oyununda uduzdu

Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən komandalar yoldaşlıq oyunlarında geclərini sınayırlar. Fanat.Az xəbər verir ki, belə oyunlardan birində “Qəbələ” ilə “Sumqayıt” üz-üzə gəliblər.

 

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan qarşılaşma “kimyaçılar”ın qələbəsi ilə yekunlaşıb. Samir Abasovun komandası 3:1 hesabı ilə qalib gəlib.

 

Sumqayıtlıların heyətində 22-ci dəqiqədə Amil Yunanov hesabı açıb. Endryu Hallidey 45-ci dəqiqədə bərabərlik yaratsa da, ikinci hissədə Cavid İmamverdiyevin dublu “Qəbələ”nin məğlubiyyətini rəsmiləşdirib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər