“Qəbələ” yığma üzvünü transfer etdi

“Qəbələ” yığma üzvünü transfer etdi

“Qəbələ” transfer pəncərəsinin son günündə heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Alen Askerovu sıralarına qatıb.

 

21 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 2017-ci ildən Azərbaycan yığmasında çağırılan Askerovun son klubu Xorvatiyanın “Noviqrad” komandası olub.

 

Yarımmüdafiəçi 2016-cı ildən çıxış etdiyi bu kluba qədər Rusiyada “Mordoviya”nın (2012-2016) şərəfini qoruyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər