“Qəbələ” yenə qələbə qazana bilmədi

“Qəbələ” yenə qələbə qazana bilmədi
2018/19 mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ” bu gün son yoxlama oyununu keçirib. 
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar” Sloveniyada təşkil olunan təlim-məşq toplanışında üçüncü matçına çıxıb.
Sənan Qurbanovun yetirmələri Polşanın "Krakoviya” klubu ilə qarşılaşıb. Beltintsidə baş tutan görüş "Qəbələ"nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, "Qəbələ” buna qədər Sloveniyada 2 matç keçirib. Komanda Albaniyanın "Kukesi” (1:1) və Xorvatiyanın "Dinamo” (0:2) klubu ilə matçlarda qələbə qazana bilməyib.
Yoxlama görüşü
4 iyul
Qəbələ - Krakoviya (Polşa) 0:1
Qol: Oliva, 30.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 18. İlqar Qurbanov, 88. Sabien Lilay, 11. Asif Məmmədov, 28. Stiven Monroz, 19. Ceyms Adeniyi, 10. Rauf Əliyev.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər