“Qəbələ” Xorvatiyada mübarizəni dayandırdı

“Qəbələ” Xorvatiyada mübarizəni dayandırdı
Xorvatiyanın Riyeka şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında 66-cı Kvarnerska Riviyera turnirində 1/4 final mərhələsinin oyunları keçirilib. 
Fanat.Az xəbər verir ki, "Qəbələ”nin U-17 komandası yarımfinala vəsiqə uğrunda matçda Sloveniyanın "Olimpiya” klubu ilə qarşılaşıb. 
Gərgin və maraqlı oyun şəraitində keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Minimal hesabla qalib gələn Lyublyana təmsilçisi yarımfinala adlayıb. Turnirdə ilk məğlubiyyətini alan "Qəbələ” mübarizəni dayandırıb.
Xatırladaq ki, "Qəbələ”nin U-17 komandası qrupda Sloveniya "Domjale”si ilə qolsuz heç-heçə edib, Xorvatiya "Omişal”ını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb və yerli "Osiyek”lə sülhə imza atıb - 1:1.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər