“Qəbələ” Polşa klubuna rəqib oldu

“Qəbələ” Polşa klubuna rəqib oldu

“Qəbələ”nin UEFA Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib. Yarışa II təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Polşanın “Yagelloniya” klubu ilə qarşılaşacaq.

 

Bunu I təsnifat mərhələsinin qarşılaşmaları rəsmiləşdirib. Polşalılar iki oyunun yekununda Gürcüstan “Dinamo”sunu (Batumi) mübarizədən kənarlaşdırıb - 1:0, 4:0.

 

“Qəbələ” və “Yagelloniya” arasında ilk oyun iyulun 13-də keçiriləcək. Bakıdakı “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Polşada oynanılacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər