“Qəbələ” - “Panatinaikos” matçının biletləri satışda

“Qəbələ” - “Panatinaikos” matçının biletləri satışda

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” – “Panatinaikos” matçının biletləri satışa çıxarılıb. Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər bu gündən bilet ala biləcəklər.

 

Biletləri saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun və "Bakcell Arena"nın kassalarından almaq mümkün olacaq. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdı.

 

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da keçiriləcək “Qəbələ” – “Panatinaikos” matçı saat 21:00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər