“Qəbələ” Novruz turnirinin qalibi oldu

“Qəbələ” Novruz turnirinin qalibi oldu
"Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə keçirilən I Novruz turnirinə yekun vurulub. 
Fanat.Az xəbər verir ki, Şamaxı Olimpiya Kompleksinin meydanlarında keçirilən turnirin ikinci günündə iki turun 4 qarşılaşması baş tutub. 
2-ci turda "Qəbələ” "Qəbələ UGİM”ə 4:0, "Vətən” "Sumqayıt İOEUGİM”ə 3:1 hesabı ilə qalib gəlib.
Sonuncu turda "Vətən” "Qəbələ UGİM”i, "Qəbələ” isə sumqayıtlıları eyni – 2:1 hesabı ilə məğlub edib. 
Beləliklə, 9 xal toplayan "Qəbələ” I Novruz turnirinin qalibi adına yiyələnib. 6 xal toplayan "Vətən” 2-ci olubsa, 3-cü yeri "Sumqayıt İOEUGİM” tutub. 1 xal toplayan "Gənclik şəhəri” təmsilçisi "Qəbələ UGİM”i top fərqində üstələyib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər