"Neftçi" qaçdı, "Qəbələ" qovdu: "Bakcell Arena"da əzmkar qələbə

"Neftçi" qaçdı, "Qəbələ" qovdu: "Bakcell Arena"da əzmkar qələbə
Topaz Premyer Liqasında XII tura yekun vurulub. Fanat.Az xəbər verir ki, həftənin son oyununda "Qəbələ” "Neftçi” ilə qarşılaşıb.
 
Avrokuboklara vəsiqəyə iddialı olan paytaxt təmsilçisi ilk "dördlük”dən uzaq düşməmək üçün 3 xal qazanmalı, Roman Qriqorçukun yetirmələri isə liderlər sırasından qopmamaq üçün xal itirməməli idi. Gərgin mübarizəyə şahid olan oyunda azarkeşlər 5 qol görüb və "Qəbələ" əzmkar qələbə qazanıb - 3:2.
Hesabı 19-cü dəqiqədə "Neftçi"dən Emin Mahmudov açıb. Meydan sahiblərinin sevinci iki dəqiqə çəkib və 21-ci dəqiqədə Baqali Dabo bərabərliyi təmin edib. 48-ci dəqiqədə Kiril Petrov yenidən "Neftçi"ni hesabda önə keçirim. Amma qonaqlar yenə meydan sahiblərinin sevincini gözündə qoyub. Belə ki, 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Ruslan Qurbanov yenidən "status-kvo"nu bərpa edib. 80-ci dəqiqədə isə Stiven Monroz "Qəbələ"nin qələbə qolunu vurub.
Qeyd edək ki, turun ilk 3 oyununda "Qarabağ" "Sumqayıt"ı 2:0, "Zirə" "Keşlə"ni 1:0, "Səbail" "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib.
 
Premyer Liqa
2017/18 mövsümü
II dövrə, XII tur
19 noyabr
Neftçi - Qəbələ 2:3
Qollar: Emin Mahmudov,19. Kiril Petrov, 48 - Baqali Dabo, 21. Ruslan Qurbanov, 56-pen. Stiven Monroz, 80.
Neftçi: 94. Rəşad Əzizli, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov (k), 6. Rəşad Sadiqov, 10. Derlis Meza Kolli, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov, 9. Uqo Barqas, 11. İqnasio Herrera.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 22. Mirabdulla Abbasov, 7. Namiq Ələsgərov, 26. Ömər Buludov, 16. Pavel Dreksa, 3. Mateo Mujek, 12. Daniel Seqovia
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 11. Asif Məmmədov, 21. Deyv Bultuis, 16. Dion Omar Malone, 34. Urfan Abbasov (k), 45. Famussa Kone.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Roman Hüseynov, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 28. Stiven Monroz, 29. Hacıağa Hacıyev, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Əli Hüseynov.
"Bakcell Arena".
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

11

9

1

1

19:4

28

2

Zirə

12

8

3

1

20:8

27

3

Qəbələ

12

8

1

3

19:13

25

4

Sumqayıt

12

5

1

6

14:17

16

5

Neftçi

12

4

1

7

14:14

13

6

Səbail

11

4

0

7

9:18

12

7

Keşlə

12

2

2

8

8:18

8

8

Kəpəz

12

2

1

9

9:20

7

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 6. Mahir Mədətov (Qarabağ), Amil Yunanov (Sumqayıt), Riçard Qadze (Zirə) - 5.

 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər