"Qəbələ" müdafiəçisini də itirdi

"Qəbələ" müdafiəçisini də itirdi

"Qəbələ”də zədə sindromu davam edir. Klubdan Fanat.Az-a verilən məlumata görə, bölgə təmsilçisində daha bir futbolçusu sıradan çıxıb.

 

Topaz Premyer Liqasının XI turunda "Səbail"lə görüşdə (3:1)  xəsarət alan Rasim Ramaldanovun zədəsi gözlənildiyindən ciddi çıxıb. Futbolçunun əzələsində yırtıq aşkarlanıb. 31 yaşlı arxa xətt oyunçusu azı 1 ay oynamayacaq.

 

Qeyd edək ki, hazırda Stiven Monroz, Vitali Vernidub və Filip Ozobiç komandanın kollektiv məşqlərinə qatılmır.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər