“Qəbələ” - “Maribor” matçının hakimləri müəyyənləşdi

“Qəbələ” - “Maribor” matçının hakimləri müəyyənləşdi

“Qəbələ”nin Avropa Liqasının "pley-off" mərhələsində “Maribor”la keçirəcəyi ilk matçın hakimləri açıqlanıb. Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı belaruslu hakimlər briqadasına tapşırıb.

 

Görüşün baş hakimi Aleksey Kulbakov olacaq. Ona Vitali Malyutin və Oleq Maslyanko kömək edəcəklər. Dördüncü hakim  funksiyasını isə Denis Şerbakov yerinə yetirəcək.

 

“Dalğa Arena”da hakimlərin işinə rusiyalı hakim-inspektor Sergey Zuyev qiymət verəcək. Bakıya UEFA nümayəndəsi qismində isə gürcüstanlı Bakar Yordania gələcək.

Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 18-də "Dalğa Arena"da keçiriləcək və saat 21.00-da start götürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər